Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq - AÇIQLAMA

Baxılıb: 279     Tarix: 15-03-2022 13:54   

"Yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin ediləcək".
Qanunvehedef.az "report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında deyib.
"5G texnologiyalarından istifadə də qarşıya hədəf kimi qoyulub. Eəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən amillər gərəkdir.
Bura rəqəmsal infrastrukturun təmin edilməsi, yüksək sürətli, əlçatan internetin ölkəmizi tam olaraq əhatə etməsi daxildir ki, qarşımıza hədəf qoymuşuq. Bu sahədə kifayət qədər işlər görülüb.
Rəqəmsal iqtisadiyyatın inkişafı üçün digər məsələlər maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, ventur kapitalı, həmçinin startapların maliyyələşdirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır", - deyə o, qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar