Neftçalanın icra başçısı qəbul keçirdi - Fotolar
Baxılıb: 494 Tarix: 17-03-2022 10:29
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qanunvehedef.az xəbər verir ki, Yenikənd İƏD nümayəndəsi çıxış edərək Yenikənd İnzibati Ərazi Nümayəndəliyinə daxil olan Mayak-1 kəndi haqqında görüş iştirakçılarını və qonaqları məlumatlandırıb.
Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən mövcud Kür çayındakı içməli su çətinliyinin yaranması, elektrik xətlərinin yenilənməsi və mavi yanacağın verilməsi ilə əlaqədar təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, RİH başçısının səyyar qəbulu Neftçala rayonunun qəsəbə və kəndlərini tam əhatə edəcək.
Ən çox oxunanlar
Son xəbərlər