Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şuşanı qoruyan hərbçilər Novruz bayramını belə qeyd edir - Video

Baxılıb: 618     Tarix: 17-03-2022 14:25   

Azərbaycan Televiziyası Novruz bayramı ilə əlaqədar təsirli videoçarx hazırlayıb.
TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, videoçarxda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Şuşada xidmət edən hərbçiləri baş roldadırlar.
DİN-in dəstəyi ilə çəkilən çarxda hərbçilərin Şuşa qalasının Gəncə qapısı qarşısında tonqal qaladığı və ətrafına yığışdığı görünür. Onlar Novruz xonçasını açaraq bayramın ənənəvi şirniyyatları ilə samovar çayı içir, tonqaldan tullanır.
Sonda isə hərbçilər əllərində Azərbaycan bayrağı tutaraq Şuşanı, Vətəni qoruduqlarını nümayiş etdirirlər.
Fon musiqisi kimi Azərbaycanın xalq mahnısı “Sarı gəlin” seçilib.
Videoçarxın rejissor və operatoru Elvin Əhmədoğlu, rəssamı Pərvanə Məmmədova, prodüseri Zamiq Əlövsətoğludur, qrafikası isə Rövşən Abiyevə, aranjımanı Günel Culfayevaya məxsusdur.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar