Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərsu” gücləndirilmiş rejimdə işləyəcək

Baxılıb: 434     Tarix: 18-03-2022 11:39   

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qanunvehedef.az xəbər verir ki, bayram günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.
Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar  “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.шаблоны для dle 11.2