Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"BakıKart" terminalları hər yerdən götürülür - AÇIQLAMA

Baxılıb: 416     Tarix: 06-04-2022 12:09   

Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart"ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.
Qanunvehedef.az xəbər evrir ki, bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "BakıKart" terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.
O bildirib ki, hazırda dayanacaqlardan kənarda da "BakıKart"ın balansını artımaq imkanı yaradılıb:
"Əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn" və 50 ədəd "BakıKart" terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart" balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox "MilliÖn" var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart"ın balansını artırmaq üçün hansısa avtobus dayanacaq məntəqəsində terminal axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn" terminalları ilə edə bilərlər", - o qeyd edib. (Axar.az)шаблоны для dle 11.2