Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Təhlükəli qidaların siyahısını görmək mümkün olacaq

Baxılıb: 260     Tarix: 12-04-2022 13:34   

“Qida təhlükəsizliyi sahəsində qida zəncirinin bütün sahələrində nəzarət həyata keçiriləcək”. 
Qanunvehedef.az xəbər verir ki, bunu AQTA sədri Qoşaq Təhməzli Milli Məclisdə “Qida Təhlükəsizliyi” haqqında qanuna münasibət bildirərkən qeyd edib.
O vurğulayıb ki, təhlükəli qidaların izlənməsi də bu qanunda əks olunub: “Qanun qəbul olunduqdan sonra müvafiq qaydalarla təhlükəli qidaların ilkin mənbəyi aşkarlanacaq”.
AQTA sədri qeyd edib ki, yeni qanuna əsasən təhlükəli qidalara dair reyestr yaradılacaq: “Bu reyestr vətəndaşlar üçün də açıq olacaq. İstənilən vətəndaş reyestra daxil olaraq təhlükəli qidaların siyahısı ilə tanış ola biləcək”.
Qoşqar Təhməzli əlavə edib ki, “Qida Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi ilə Agentliyə heç bir yeni səlahiyyət verilmir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar