Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda bu şəxslərə təqaüd təyin ediləcək

Baxılıb: 260     Tarix: 26-04-2022 15:56   

Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd təyin ediləcək.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunur.
Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncamına uyğun hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.шаблоны для dle 11.2