Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Araz”da sevgi əngəl tanımadı

Baxılıb: 267     Tarix: 27-04-2022 09:45   
 Xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin bir parçasıdır. Onlar fiziki məhdudiyyəti olmayan insanlarla bərabər hüquqlara malik olsalar da, hələ də həyatın əksər sahələrində birbaşa və ya dolayı yolla ayrı-seçkiliyə və təcridə məruz qalırlar. Bu durumu aradan qaldırmağın yolları isə  steoretipləri qırmaqdan və cəmiyyəti  maarifləndirməkdən keçir. Bu mövzuda iri şirkətlərin üzərinə böyük məsuliyyət düşür. Korporativ sosial məsuliyyətini dərk edən, cəmiyyətə töhfə verməyi hədəfləyən şirkətlər maraqlı təşəbbüslərlə yadda qalırlar.
“Araz” supermarketlər şəbəkəsi də vaxtaşırı maraqlı layihələri ilə seçilir. Bazar liderlərindən olan şəbəkə bu dəfə Müasir Psixologiya Mərkəzində psixoloji dəstək alan xüsusi qayğıya ehtiyacı olan uşaqların “Xonça” istehsal sahəsinə səfərini təşkil edib. “Sevgi əngəl tanımır” sloqanı ilə baş tutan, uşaqların sosiallaşması, yeni peşələrlə tanış olması üçün nəzərdə tutulan layihə böyük maraqla qarşılanıb. Növbəti layihələrdə uşaqlara peşə yönümlü təlim keçirilməsi nəzərdə tutulub.
Belə layihələrin davamlı olması fiziki məhdudiyyətli insanlara qarşı ayrı-seçkiliyi aradan qaldıra və cəmiyyətdə bu mövzuda fərqindəliyə səbəb ola bilər.
“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar