Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda məktəbdə bomba HƏYƏCANI

Baxılıb: 225     Tarix: 04-05-2022 12:42   
 Azərbaycanda məktəblərin birində bomba olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 4-də saat 4.50-də nazirliyin "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var" deyərək telefonu bağlayıb.
Dərhal Ağsu rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçirib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar