Azərbaycanda Orduda alternativ xidmətlə bağlı qanun qəbul edilə bilər
Baxılıb: 202 Tarix: 05-05-2022 13:18
"Torpaqlarımız işğaldan azad olunduğu, ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı qanun layihəsi qəbul etməliyik".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.
O, qeyd edib ki, bəzi insanların sağlamlığı imkan versə də, baxışları onun silah götürməsinə icazə vermir: “Bunu Alternativ hərbi xidmətlə qarışdırmaq olmaz. Hərdən bunu qarışdırırlar. Alternativ hərbi xidmət müqavilə əsasında hərbi xidmətdir. Alternativ çağırış əsasında həmin şəxs döyüş bölgələrində deyil, təsərrüfat, sanitar və digər hissələrdə qulluq keçir. Həmin şəxs daha artıq müddətdə xidmətdə olur".
Siyavuş Novruzov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var: Ali Baş Komandanımız tərəfindən orduya yeni, müasir texnikalar cəlb edilir ki, onları işlətmək üçün adi çağırışçı yox, mütəxəsis lazımdır".
Ən çox oxunanlar
Son xəbərlər