Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?

Baxılıb: 227     Tarix: 20-05-2022 11:16   

Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a bildirilib.
Məlumata görə, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb. Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/ Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib.
Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.
Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.
Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}