Saatlıda əhalidən su pulu yığanlar niyə qəbz vermirlər?
Baxılıb: 649 Tarix: 23-05-2022 15:42
Su-həyatdır. Əhalinin fasiləsiz və ketfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük işlər görülüb. Ümummilli liderin əsasını qoyduğu və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası digər sahələr kimi əhalinin su təchizatı və kanalizasiya sahəsinin sürətli inkişafına gətirib çıxarıb. Su təchizatı sahəsində dövlət strategiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğı sayəsində Bakı şəhəri və Abşeron yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə mühüm layihələr həyata keçirilir.Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib. Bu vəzifələrdən irəli gələrək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatının yaxşılaşdırılması istiqamətində geniş tikinti quraşdırma işləri həyata keçirilib. Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə belə önəmli layihələr icra edilib. Saatlı rayonunda da bu sahədə əhəmiyyətli işlər görülüb.Sözsüz ki, layihələrin özü qədər də, onları reallaşdıran, səmərəliliyini təmin edən kadrlardan da çox şey asılıdır. Təəssüf ki, yerlərdə bu sahədə hələ də “təsadüfi” şəxslərə rast gəlinir. Məsələn, 4 nömrəli Şirvan Regional Su-Kanal İdarəsinin Saatlı Su-Kanal Sahəsində sudan istifadə haqqının yığılması ilə məşğul olan iki məmurun fəaliyyətindən narazılıqlar eşidilməkdədir. Qəzetimizin bölgədə ezamiyyətdə olmuş əməkdaşlarına yerli sakinlər bildirirblər ki, həmin vəzifəli şəxslər çox vaxt yığdıqları su puluna görə abonentlərə qəbz təqdim etmirlər. Bu isə açıq-aşkar korrupsiya anlamına gəlir. Axı zəmanət yoxdur ki, yığılan pullar elə həmin şəxslər və onların işbaz ortaqları tərəfindən mənimsənilməyəcək. Oxucularla irəliləyən görüşlərimizdə həmin məmurların adlarını çəkəcək, vəzifələrindən sui-istifadə etmələrinə dair faktları sadalayacağıq.
“Qanun və Hədəf”
Ən çox oxunanlar
Son xəbərlər