Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“TEKNOFEST Azərbaycan” festivalı başladı

Baxılıb: 625     Tarix: 26-05-2022 11:34   

4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
Qanunvehedef.az xəbər verir ki, festivalın açılışı musiqi proqramları ilə başlayıb.
Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varan iştirak edirlər.
Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.
Birinci günün sonunda təşkil ediləcək konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digər müğənnilər çıxış edəcək.
Günün sonunda isə lazer şou olacaq. Şounu Dənizkənarı Bulvarın bütün nöqtələrindən izləmək mümkün olacaq.
Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xarici ölkədə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar