Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərişıq”da yeni xidmətlər istifadəyə verildi

Baxılıb: 399     Tarix: 06-06-2022 11:47   

“Artıq vətəndaşlar evdə oturaraq “Azərişıq” ASC-nin bir sıra yeni xidmətlərindən istifadə edə biləcəklər. Bura abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirməsi, enerji haqlarının internet vasitəsilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri daxildir”.
Qanunvehedef.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Depatamentinin direktoru Qalib Həmidov deyib.
O qeyd edib ki, abonentlər olduğu məkanı tərk etmədən elektron xidmətlərə əlçatanlıq əldə edir: “Hazırda elektron xidmətlər portalında 6-ya yaxın xidmət göstərilir. Bununla yanaşı, 5 elektron xidmət yaradılıb və bu ayın sonunadək əhaliyə təqdim olunacaq.
Abonentlərimizin 70-80 faizi bu xidmətdən istifadə edir. Abonent gündəlik sərf etdiyi elektrik enerjisini, aylıq, illik sərfiyyatını görə bilir. Artıq bundan sonra abonentlər kütləvi şəkildə müqavilə bağlamaq üçün idarəyə axın etməyəcək, elektron qaydada müqaviləni təsdiqləyə biləcəklər. Həmçinin abonentin borcunun olub-olmaması ilə bağlı arayışı da şəxsi kabinetlərindən əldə edə biləcəklər”.шаблоны для dle 11.2