Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Avtobuslarda kondisionerlər niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 470     Tarix: 08-06-2022 10:32   

 Bu il havanın bir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir.
İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslarda yol getmək adamın ürəyini sıxır.
Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Amma buna baxmayaraq, bir çox avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Necə deyərlər, nə əsər var, nə əlamət...
Maraqlıdır, tapşırıq verilməsinə baxmayaraq, kondisionerlərin işləməməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Lent.az-ın sorğusunu Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi Qabil Babayev cavablandırıb.
O bildirib ki, təchizat zəncirinin pozulduğu üçün ehtiyat hissələrinin çatışmazlığı mövcuddur:
"Hazırda cəmiyyətimiz tərəfindən müntəzəm marşrut xətlərində istifadə olunan avtobusların 90 faizində kondisionerlər standart olaraq çalışır.
Eyni zamanda bildiririk ki, hazırda bir sıra sahələrdə olduğu kimi təchizat zəncirinin pozulması səbəbindən ehtiyat hissələrinin çatışmazlığı mövcuddur. Lakin yaxın vaxtlarda respublikamıza ehtiyat hissələrinin gətirilməsi gözlənilir. Ehtiyat hissələri tədarük edildikdən sonra avtobuslarda işləməyən kondisionerlər də təmir olunacaq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar