Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Cümə günü hava belə olacaq

Baxılıb: 434     Tarix: 09-06-2022 13:22   

Azərbaycanda iyunun 10-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz  25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz  26-28° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.  

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar