Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İstirahət mövsümü başladı, Bakı-Alanya reysləri ləğv edildi

Baxılıb: 521     Tarix: 13-06-2022 12:12   

Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.
Qanunvehedef.az Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.
“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.
Maraqlıdır ki, aşağıbüdcəli reyslər yerinə yetirən “Pegasus” şirkəti bu ilin oktyabr ayına kimi həftənin 3 günü Alanya-Bakı marşrutu üzrə uçuşları planlaşdırsa da, səbəbini ictimaiyyətə açıqlamadan bu reysləri ləğv edib.
Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.
Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar