Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN

Baxılıb: 627     Tarix: 17-06-2022 13:42   

"Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var".
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.
Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.
"Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır", - Tahir Kərimli əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}