Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Axşam saat 21:00-dan səhər saat 7:30-dək... - VİDEO

Baxılıb: 344     Tarix: 20-06-2022 10:51   

Son bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib.
BAKU.WS ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb.
Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb.
Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar
Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir.
Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar