Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azərlotereya" ASC şəhid övladları üçün təqaüd ayırdı

Baxılıb: 483     Tarix: 30-06-2022 11:37   

Haqq-ədalət savaşımızda şücaətlə döyüşərək bizə qələbə hissini yaşadan şəhidlərimizin ailələrinə dəstək olmağı özünə borc hesab edən "Azərlotereya" ASC bu istiqamətdə yeni sosial layihəyə start verir.
"Əmanətə sadəqət" devizinə əsaslanan "Azərlotereya" ASC vətən uğrunda canlarından keçmiş İkinci Qarabağ Müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edəcək.
"Azərlotereya" ASC-nin təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək sosial layihə ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan hazırda 25-i Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır.
Təhsilin tərəqqisinə yönələn layihələrə dəstək göstərməkdə maraqlı olan "Azərlotereya" ASC bu sferada Təhsil Nazirliyi və və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığa davam edəcək.
Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir. Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya" ASC-nin təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.
44 günlük müharibə dövründə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə onların sosial müdafiəsinə hesablanan layihələrin təşəbbüskarı kimi "Azərlotereya" ASC bundan sonra da hünərlik zirvəsi olan şəhid ailələrinə dəstək olmağa davam edəcək.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin təqaüd proqramı cari və növbəti illərdə Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına da şamil olunacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2