Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

Baxılıb: 532     Tarix: 05-07-2022 14:46   

Bu gün Şirvan və Ağgöl milli parklarının yaranması günüdür.
Onların hər ikisi Azərbaycanda ilk dəfə yaradılan milli parkdır.
Hər iki park 2003-cü il 5 iyul tarixlində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub-saxlanılması üçün yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hər iki parkda bu gün "açıq qapı" günüdür:
"Bu gün hər iki milli parka giriş pulsuzdur. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub-saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Parkda ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil edilib".
O qeyd edib ki, Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir:
"Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilib.
Hər iki milli parka turistlərin marağı böyükdür. Milli parklara səyahət edənlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə və dincələ bilərlər".

Qanunvehedef.azшаблоны для dle 11.2