Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yoluxma sayındakı ciddi artımla bağlı sərt karantin gözlənilirmi? - AÇIQLAMA

Baxılıb: 500     Tarix: 07-07-2022 10:33   

Son günlər dünyada koronavirusa yoluxma hallarının artması karantin qaydalarının yenidən sərtləşdirilməsi mövzusunu gündəmə gətirib. Artıq bəzi ölkələr yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər görməyə başlayıblar. İnfeksionistlər isə həyəcan təbili çalaraq bildirirlər ki, payıza doğru pandemiyanın yeni dalğası gələcək, bu səbəbdən qapanmalar qaçılmaz olacaq.
Bəs, yoluxmalar artsa, Azərbaycanda da karantin qaydalarının yenidən sərtləşdirilməsi gözlənilirmi?
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a danışan həkim Aydın Əliyev hazırki durumda koronavirusa yoluxma sayının artmasının normal olduğunu düşünür. Ölkəmizə gəlincə, həkim təşvişə düşməyə ehtiyac olmadığını söyləyib.
"Məsələn, Çin böyük ölkədir, əhalinin sayı həddən artıqdır. Buna görə də orada peyvənd olunmayanların, virusa yoluxmayanların sayı çoxdur. Təkrar yoluxma sayının böyük ölkələrdə artma ehtimalı daha yüksəkdir. Ancaq bizim ölkəmizdə yoluxmanın artması aktual məsələ deyil. Artsa belə, bu sadəcə mövsümi qrip xəstəliyi kimi keçəcək. Məncə, bundan sonra karantın qaydalarının tətbiqinə və sərtləşdirilməsinə ehtiyac yoxdur. Tam əminliklə deyirəm ki, sərt karantin və qapanmaya ehtiyac olmayacaq", - deyə Aydın Əliyev vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2