Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Kuruluş Osman" Şuşada çəkiləcək

Baxılıb: 562     Tarix: 07-07-2022 14:03   

Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.
OLAY-ın əldə etdiyi məlumata görə, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.
Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə "Şərqdəki Şuşa da bizimdir" deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.
Qeyd edək ki, "Kuruluş Osman"da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar