"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşkilatçılığı ilə yüz ailəyə Qurban payları və ərzaq sovqatları çatdırılıb
Baxılıb: 620 Tarix: 13-07-2022 11:19
Müqəddəs Qurban bayramı İslam dininin mühüm əhəmiyyətli bayramlarından biridir. Həmin gün İbrahim Xəlil Peyğəmbər (ə) Allah təalanın " Oğlun Ismaili qurbangahda kəs" əmrinə itaət edib və onu layiqincə yerinə yetirilməsi ilə məşhurdur. İbrahim Peyğəmbər imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan Peyğəmbərdir. Oğlu Ismaili Allah yolunda qurban kəsmək istəyərkən Allahın sınağından alnı açıq, üzü ağ çıxan İbrahim Peyğəmbəri bağışlayan Allahın ona mükafatı oğlunun əvəzinə mələklərin yer üzünə nazil etdiyi qoç olur. Həmin dövrdən bu günə qədər ənənəvi olaraq hər il müsəlman ölkələrində Qurban Bayramı Günü kimi qeyd edilir.
"Qanunyolutv.az" xəbər verir ki, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi belə bir mübarək gündə Qurban bayramını birliyin üzvləri ilə keçirib. Birliyin sədri Yasəmən xanım hər kəsi bayram münasibətilə təbrik edib, onlara öz ürək sözlərini çatdırıb.
Daha sonra qurbanlar oxunan dualardan sonra kəsilərək, Şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə paylanılıb. Bundan əlavə hər bir ailəyə ərzaq sovqatları da verilib. Tədbirdə payların təşkil olunmasında maddi dəstək göstərən Hacı Mahir eləcə də digər qonaqlar da iştirak edib və tədbir iştirakçılarını təbrik ediblər.
Tədbirdə Birliyin Türkiyə dövləti üzrə nümayəndəliyinin sədri Alper bəyin təşkilatçılığı ilə payların təşkil olunmasında maddi dəstək göstərən Bayram Kılıça, Suzan Kasımoğluya, Tuğba Kasımoğluya, Azərbaycanda fəaliyyət göstərən iş xanımına, şirkət rəhbəri Rübabə Muradovaya, Müasir Müsavat Partiyası idarə heyətinin üzvü Könül İsmayılovaya, Hacı Mətanət xanıma Qurban paylarının təşkil olunmasında göstərdiyi maddi dəstəyə görə təşkilat rəhbəri xüsusi təşəkkür bildirib. Çıxış edən hər kəs Allahın insana verdiyi böyük dəyərindən və ucalığından danışıb.
Birlik sədri Yasəmən Qəyyumlu tədbirdən sonra bir neçə aztəminatlı ailəni də ziyarət edib. Onların problemləri ilə maraqlanıb və əlindən gələn köməkliyi imkan daxilində əsirgəməyəcəyini bildirib.
Ümumilikdə yüz ailəyə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi tərəfindən Qurban bayramı payları və ərzaq sovqatları çatdırılıb. Bu Birliyin növbəti dəfə insanlara göstərdiyi xeyirxah əməli və qayğısıdır.
Allah kəsilən qurbanları öz dərgahında qəbul etsin!
MÜQƏDDƏS QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN!
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər