“Şöhrətoğlu” ailəvi istirahət mərkəzi sosial sahibkarlıq nümunəsidir
Baxılıb: 879 Tarix: 13-07-2022 14:59
SAHIBKARLIQ - Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Ümumiyyətlə sahibkar olmaq istəyinin bir neçə səbəbləri var: pul qazanmaq, ictimai rifaha töhvə vermək, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s.
XEYRİYYƏÇİLİK isə maddi və ya digər yardıma ehtiyacı olan şəxslərə və ya təşkilatlara təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyətdir.
SOSİAL SAHİBKARLIQ sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Sosial sahibkarlığın əsas məqamı ondan ibarətdir ki, bir iş adamı öz kapitalı əsasında xeyriyyəçilik fəaliyyəti həyata keçirmək qabiliyyətinə malik müstəqil bir qurumdur. Qısaca desək, sosial sahibkarlıq , sahibkarlığın və xeyriyyəçiliyin kəsişməsindən yaranan fəaliyyətdir.
Sosial sahibkarlıq barədə qeyd etdiklərimizə ən bariz nümunə kimi Ağsu rayonunda fəaliyyət göstərən “Şöhrətoğlu” ailəvi istirahət mərkəzini göstərmək olar. Mərkəzə təcrübəli iş adamı Gülməmmədov Novruz Şöhrət oğlu rəhbərlik edir. Əslən Laşın rayonundan olan Gülməmmədovların da bəxtinə məcburi köçkünlük aqibəti düşmüşdür. Bakı şəhərində məskunlaşan Novruz Məmmədov orta məktəbi bitirdikdən sonar əmək fəaliyyətinə Metropolitendə başlamışdır. 2015-ci ildə “Şöhrətoğlu” istirahət mərkəzini açmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Novruz bəy 44 günlük Vətən müharibəsində qanları bahasına Qarabağı, Şərqi Zəngəzuru, onun üçün dogma olan Laçını düşmən işğalından azad edən şəhidlərimizin ailə üzvlərinə, qazilərə özünü borclu hesab edir. Müharibədən ötən il yarım ərzində xeyli sayda qazi “Şöhrətoğlu” istirahət mərkəzində məşğulluğunu təmin edib. Bu qəbuildən olan insanların Mərkəzdə pulsuz istirahət etmələri üçün də şərait yaradılıb. N.Gülməmmədov şəhid ailəsi üzvləri və qazilərdən iş üçün ona müraciət edən olduqda özünün imkanı xaricində olsa da belə, başqa tanıdığı iş adamlarından xahiş edərək onlara köməklik göstərməyə çalışır. Başqa sözlə, Novruz bəy ehtiyacı olana təkcə “balıq vermək”lə kifayətlənmir, həm də onlara “balıq tutmağı öyrətmək” prinsipini əldə rəhbər tutur.
“Şöhrətoğlu” istirahət mərkəzi müştəri məmnunluğunu təmin etməklə, həm də nümunəvi vergi ödəyicisidir. Burada əmək qanunvericiliyinin bütün tələblərinə əməl edilir, işçilərlə əmək müqaviləsi bağlanılır, göstərilən iaşə xidmətində sanitar normalara ciddiliklə riayət olunur.
Novruz bəyə və onun rəhbərlik etdiyi gülərüz kollektivə uğurlar arzulayırıq. Inanırıq ki, bundan sonrakı fəaliyyətləri ilə işlədikləri sahibkarlıq subyektinin şöhrətini daha da artıracaqlar.
İlahə Mikayılova
Ən çox oxunanlar
Son xəbərlər