Qazi Əli Əliyevin şikayətləri ilə bağlı - Rəsmi cavab
Baxılıb: 547 Tarix: 15-07-2022 10:15
Sabirabad rayonundan olan Vətən Müharibəsi iştirakçısı Əli Əliyev sosial şəraitindən şikayətlənib.
O, rayon icra hakimiyyətinin qarşısına gələrək ona qarşı baxımsızlıq olduğunu iddia edib: “Heç bir şey eləmirlər. 250 manata ev tutublar, 50 manatını özüm verirəm”
“Qafqazinfo” məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, qazi Əli Əliyevin ailəsinin rayonda bina evi var: "Lakin ayağındakı problemi nəzərə alaraq ona rahat hərəkət etməsi üçün kirayə həyət evi tutulub. Rayon İcra Hakimiyyəti tərəfindən Əli Əliyevə hər ay 200 manat kirayə pulu verilir. Nə vaxt qəbul edilmək istəyirsə, burada heç bir problemsiz qəbul edilir. Hətta icra hakimiyyətinin işçiləri onun ayağındakı problemə görə binanın qabağına düşüb özləri onu qəbul otağına qaldırırlar. YAŞAT fondu tərəfindən Türkiyədə müalicə edilib, eyni zamanda aylıq sosial müavinətlər də alır”.
Vətən Müharibəsi iştirakçısının sosial təminatları ilə bağlı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, Əliyev Əli Tofiq oğluna 5 may 2021-ci il tarixdən I dərəcə müharibə əlilliyi təyin edilib: “Ona 400 manat məbləğində Prezidentin aylıq təqaüdü və 248.16 manat məbləğində əmək pensiyası olmaqla, aylıq cəmi 648.16 manat ödənilir.
Ə.Əliyevə həmçinin 8800 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 164 571 manat maddi yardım edilib. Ə.Əliyevin anası Əliyeva Mətanət Əliağa qızı 27 may 2021-ci il tarixdə, atası Əliyev Tofiq Qaraş oğlu 23 sentyabr 2021-ci il tarixdə "DOST İş Mərkəzi" MMC-də sosial işlə təmin olunub.
O, Sabirabad rayon İH tərəfindən imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. 27 sentyabr 2021-ci ildə Nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər