Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“30-a yaxın şəhid övladı imtiyazlarına düzəliş edilməsini istəyir”

Baxılıb: 880     Tarix: 14-10-2022 11:49   

“Gəncədən olan 30-a yaxın şəhid övladı bizə müraciət edərək onların imtiyazlarına düzəliş edilməsini təklif edib”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, qanunvericiliyə əsasən şəhid övladları 18 yaşına kimi, təhsil vəziyyəti ilə bağlı isə 23 yaşına qədər dövlətin himayəsində olurlar: “18 yaşından sonra şəhid övladının şəhid ailəsi statusu ləğv edilir. Azərbaycan mentalitetində valideynlər bir qayda olaraq ömürlərinin sonuna qədər öz övladlarını həm maddi, həm də mənəvi olaraq himayə edirlər. Düşünürəm ki, şəhid övladlarının himayədarı Azərbaycan dövlətidir”.
Deputat bildirib ki, şəhidin varisi olan həyat yoldaşı və ya anası vəfat etdikdə onun ev növbəliliyi ləğv olunur: “Bu hüquq şəhid qardaşı və ya bacısına keçmir. Bu məsələnin öz həllini tapması dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını daha da möhkəmləndirib təkmilləşdirəcək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar