Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Yanvarın 1-dən bu şəxslərə güzəştlər və imtiyazlar tətbiq olunacaq

Baxılıb: 720     Tarix: 03-11-2022 11:57   

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.
Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar