Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat: "Yevlaxın 70%-də su problemi var"

Baxılıb: 527     Tarix: 17-11-2022 12:06   

"Bu gün Yevlax rayonunun 70 %-də içməli su problemi var".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat İlham Məmmədov deyib.
"2-6 min əhalisi olan kəndlərimiz var ki, orada artezian quruları və sutəmizləyici qurğular yox vəziyyətindədir. 17 kənddə isə ümumiyyətlə artezian quyusu yoxdur. Gələcəkdə bu problemlərin həlli üçün vəsaitin ayrılması məqbul olardı.
Yevlax şəhərində Kür çayı üzərində tikilmiş körpü tamamilə yararsız vəziyyətdədir. Bunu Fövqəladə Hallar Nazirliyi 2015-ci ildə apardığı ekspertiza ilə müəyyən edib. Vaxtilə 60 ton yükgötürmə qabilliyyəti olan körpüdə hərəkət məhdudlaşdırılıb, 5 tona endirilib. Bu körpünün yararsız vəziyyətdə olması 21 kəndin, o cümlədən 30 min insanın rayon mərkəzi ilə əlaqəsini kəsib", - o qeyd edib.шаблоны для dle 11.2