Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Azəriqaz” qazi ailələrinin müraciətini təmin edib - Video

Baxılıb: 688     Tarix: 20-11-2022 18:38   

“Azəriqaz” İstehsalat Birliyi şəhid ailəsi, müharibə veteranı, qazi və bu kimi statusa malik vətəndaşların qayğılarına hər zaman xüsusi həssaslıqla yanaşır.
Qanunvehedef.az xəbər verir ki, bu istiqamətdə atılan addımlardan biri də Vətən müharibəsi qazisi Ozal Mustafazadənin anasının Birliyə etdiyi müraciətin qısa vaxt ərzində həll edilməsi olub.
Daha dəqiq Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin sakini qazi anası Hürü Mustafayeva quruma fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıb. Qazi ailəsinin bu istəyi Birlik tərəfindən yerinə yetirilib. Fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Qıraq Kəsəmən kənd sakini digər Vətən müharibəsi qazisi Elmin Məmmədlinin də ailəsinin müraciəti “Azəriqaz” İstehsalat Birliyin tərəfindən həllini tapıb. Qazinin istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar