Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vardanyan Paşinyanı biganəlikdə ittiham etdi

Baxılıb: 565     Tarix: 20-12-2022 11:59   

Özünü separatçıların qondarma “dövlət naziri” elan etmiş rusiyalı milyarder Ruben Vardanyan Qarabağda məskunlaşmış ermənilərin təlaşını aradan qaldırmaq, onları sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır.
Vardanyan dünən Əsgəran şəhərinə gedərək, mülki şəxslərlə görüşüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Xankəndi –Laçın yolu olub.
Vardanyanla söhbət edən ermənilər son günlər yaranmış vəziyyətdən - Xankəndi-Laçın yolunun bağlanmasından təşviş keçirdiklərini vurğulayıblar.
Görüşdə Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirilib, Nikol Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə biganəliyi tənqid olunub.
Ruben Vardanyan biganəliyi ən təhlükəli hadisə adlandırmaqla, dolayısı ilə Paşinyanı ittiham edib. O, deyib ki, separatçılar hazırda vəziyyətdən çıxış yollarını tapmaq üçün Birləşmiş Millətlər Təşkilatı, Fransa, ABŞ və Rusiya ilə müxtəlif səviyyələrdə işləyir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar