Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dumanlı hava nə vaxtadək davam edəcək?

Baxılıb: 440     Tarix: 27-12-2022 10:39   

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Qafqazinfo”ya bildirib ki, soyuq yer səthi üzərində nisbətən isti hava kütlələrinin üfüqi istiqamətdə hərəkət etməsi isti havanın tərkibində olan su buxarının soyuq səthə toxunaraq kondensasiya olunmasına səbəb olur. Bu da yerüstü təbəqədə dumanın əmələ gəlməsinə şərait yaradır.
Onun sözlərinə görə, dumanlı hava şəraiti ilə əlaqədar Naxçıvan, Şərur, Naftalan, Şəmkir, Ağdam, Tovuz, Qəbələ, Şəki, Balakən, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Hacıqabul, Biləsuvar, Cəfərxan, Lənkəran və Lerikdə görünüş məsafəsi 300-800 metr, Gəncədə isə 50 metrədək məhdudlaşıb.
G. Məmmədova əlavə edib ki, dumanlı hava şəraitinin bəzi rayonlarda həftəsonunadək fasilələrlə davam edəcəyi gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar