Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Müşfiq ağıları"yla bağlı İran təxribatı! - AÇIQLAMA

Baxılıb: 425     Tarix: 09-02-2023 11:48   

Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevin Xalq şairi Sabir Rüstəmxanlının liberottosu əsasında bəstələdiyi "Müşfiq ağıları" əsəri ilə bağlı təxribat edilib.
Belə ki, oratoriyadan bir hissə konteksdən çıxarılaraq sosial şəbəkələrdə paylaşılıb.
OLAY yazır ki, mövzu ilə bağlı açıqlama yayan "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən bildirilib ki, bu İranın Azərbaycana qarşı informasiya hücumudur:
"Bu gün İran dövlətinin Azərbaycana qarşı siyasəti və qərəzli mövqeyi media müstəvisində də davam edir. "İranlı həmkarlarımız" bu yolda jurnalist adına və etikasına yaraşmayan bütün metodlara əl atır. Təhqirdən tutmuş, dezinformasiyaya qədər… Növbəti addım isə "Mədəniyyət" kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları" adlı oratoriyadan bir hissəni kəsib paylaşmaq oldu. Həmin hissədə Sovet Sosialist Respublikaları İttifaqı dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana qarşı mübarizə aparmaqda ittiham edir.

 
Bu ittiham həm gülməli, həm də ağlamalıdır. Əvvəla, müsəlmanlara qarşı soyqırımı, terror siyasəti həyata keçirən Ermənistanı Quran ayələri ilə qarşılayan, məscidlərin darmadağın edilməsinə, orada donuz saxlanılmasına bir dəfə də olsa, səsini çıxarmayan, bu gün də xalqına, xüsudən də Cənubi azərbaycanlılara qarşı repressiyalara ara verməyən İran dövlətinin kimisə, o cümlədən də Azərbaycanı İslam dininə xəyanətdə ittiham etməyə haqqı varmı? Ermənipərəst İran rejimini başa düşdük, məsələnin ən acınacaqlı tərəfi odur ki, daxildəki bəzi İranyönümlü dairələr də fars rejiminin dezinformasiya siyasətinə dəstək verir, araşdırma aparmamış Mədəniyyət TV-yə hücuma keçirlər. Odur ki, məsələnin mahiyyətini bir daha izah edirik. 2022-ci ilin 14 oktyabr tarixində Bakıdakı Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunub.


Musiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları" adlı oratoriya ilk dəfə təqdim olunub. Librettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov olub. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və bədii rəhbəri Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası ifa edib, əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır. "Müşfiq ağıları" adlı oratoriyadan məhz həmin hissəni - 28 saniyəlik parçanı çıxarıb yaymaq isə ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Əsərin ümumi məzmunundan xəbərdar olmaq üçün isə Mədəniyyət TV olaraq həmin oratoriyanın tam variantını təqdim edirik. Sonda isə bir daha bildiririk ki, bu gün "Azərbaycan Televiziya və Radio Veriişləri" QSC olaraq dövlətimizə, xalqımıza qarşı yürüdülən informasiya təxribatlarının ön cəbhəsində mübarizə aparırıq və bu mübarizədə QSC-nin bütün kollektivi səfərbərdir. İctimaiyyətimizdən isə dezinformasiyalara inanmamağı, feyk məlumatlara dəstək verməməyi, indiki həssas məqamda hər bir informasiyanı araşdırmadan fikir bildirməməyi xahiş edirik".



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar