Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mart pensiyaları tam ödənildi

Baxılıb: 776     Tarix: 16-03-2023 11:34   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qanunvehedef.az-a verilən məlumata görə, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, martın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi nəzərdə tutulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar