Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakının bu ünvanında yeni bulvar salınacaq

Baxılıb: 491     Tarix: 27-04-2023 10:06   

Paytaxt Bakıda Bülbülə gölünün ətrafı zibil və qamışlardan təmizlənib.
Bu barədə bu gün Trend-in sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən bildiriblər.
Qeyd olunub ki, əvvəl gölün ətrafını zibilləyirdilər. Hazırda gölə və gölün ətrafına müdaxilə olunmasın deyə ərazidə mühafizə xidmət göstərir.
"Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Müəyyən işlər tam başa çatandan sonra Bülbülə gölünün ətrafında salınacaq bulvarın layihəsi təqdim olunacaq. Təsdiq olunarsa, gölün ətrafında kafelər, gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır", - deyə qurumdan qeyd edilib.
Qeyd edək ki, göl Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar