Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Formula 1”lə bağlı Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib

Baxılıb: 608     Tarix: 28-04-2023 11:27   

“Formula 1” yarışlarının keçiriləcəyi günlərdə zərurət yaranacağı hallarda 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub.
TƏBİB-dən Qanunvehedef.az-a verilən məlumata görə, Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək.
Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
Eyni zamanda, yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar