Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Deputatlar televiziyaların fəaliyyətini tənqid ediblər: "Tamaşaçıların sayı ən azı 10 dəfə azalıb"

Baxılıb: 577     Tarix: 02-05-2023 13:42   

"Düşünürəm ki, media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda, maarifləndirməkdir. İnsanlarımızın bizə ən çox narazılıqlarının biri də bununla bağlıdır. O baxımdan televiziyalarımız maarifləndirmə proqramlarına daha geniş yer verməlidirlər".
Qanunvehedef.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
"Anlayıram ki, televiziyalar xərclərini ödəmək üçün əyləncə verilişlərinə daha çox üstünlük verirlər. Ancaq onlar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərimizin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik", - deputat bildirib.
C.Məmmədov qeyd edib ki, ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur:
"İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə də yenidən baxmalı, bu istiqamətdə də fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, bu gün televiziya kanalları cəmiyyəti pozan verilişlər yayımlayır.
O söyləyib ki, televiziyalar milli mentalitetimizə uyğun olmayan verilişlər verirlər: "Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar, başqaları çıxırlar efirə yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlar kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar