Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Həftəsonu rayonlarda hava necə olacaq?

Baxılıb: 409     Tarix: 19-05-2023 13:40   

İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bu barədə Qanunvehedef.az-a Milli Hidrometeorologiya Xidmətindən  məlumat verilib.
Samur–Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.
Altıağac milli parkında havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.
Ağgöl milli parkında hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.
Qızılağac milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.
Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.
Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar