Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yeni Azərbaycan Partiyası Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində təmsil olunub

Baxılıb: 564     Tarix: 22-05-2023 12:18   

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov Sloveniya Demokratik Partiyasının ev sahibliyi ilə Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) 2023-cü il 17-20 may tarixlərində Sloveniya Respublikasının Bled şəhərində keçirilmiş tədbirlərində iştirak edib.
Mayın 18-də keçirilmiş İDC-CDİ İcra Komitəsinin iclasında qurumun fəaliyyətinə dair təşkilatın prezidenti Andres Pastrananın və baş katib Antonio Lopez-İsturizin hesabatları dinlənilib, təşkilati məsələlərə dair müzakirələr aparılıb.
Həmin gün keçirilmiş və Sloveniyanın Baş naziri Yanez Yanşa, Macarıstanın Baş naziri Viktor Orban, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, parlament üzvləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi Baş Assambleyanın iclasında Meksika, Madaqaskar, Nikaraqua, Kuba, Sloveniya, Livan və Kolumbiyadakı siyasi vəziyyətə, Ermənistanda demokratiya prinsiplərinin pozulmasına, Ukraynada davam edən müharibəyə, həmçinin qlobal sülh və təhlükəsizliyə dair qətnamə layihələri müzakirə olunaraq qəbul edilib.
Ermənistanın Respublikaçı Partiyasının nümayəndəsinin Baş Assambleya iştirakçılarında Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı yanlış təsəvvür yaratmaq cəhdinin qarşısını qətiyyətlə alan YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov öz çıxışında ərazidəki gerçək vəziyyət, ekofəalların bir neçə ay davam etmiş aksiyasının mahiyyəti, Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarındakı dağıdıcı fəaliyyəti, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh prosesi ilə bağlı ölkəmizin irəli sürdüyü 5 prinsip, Ermənistanın bu prosesin irəliləməsinə yaratdığı maneələr və regiondakı ümumi durum haqqında geniş məlumat verib.
Mayın 19-da İDC-CDİ-nin Dəyərlər və Sülh üzrə işçi qrupunun 1-ci sessiyasında yeni yaradılmış işçi qrupunun əhəmiyyəti vurğulanıb, fəaliyyət istiqamətləri müzakirə olunub.
Həmin gün "Sağ-mərkəzin ortaq qlobal çağırışları" mövzusunda gənclər seminarı və "Uğurlu sağ-mərkəz seçki kampaniyalarına dair strategiyalar" mövzusunda kampaniya menecerləri iclası keçirilib, sağ-mərkəzyönümlü siyasi partiyaların qlobal miqyasda nüfuzunun artırılması və seçkilər ərəfəsində effektiv təbliğat-təşviqat işlərinin qurulmasına dair məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Mayın 20-də Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə tanışlıqdan sonra səfər başa çatıb.




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar