Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mehmanxanalara ulduz verilməsi üçün zəruri olan tələblər açıqlanıb

Baxılıb: 711     Tarix: 25-05-2023 11:20   

Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı zəruri olan tələblər açıqlanıb.
APA xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.
Beləliklə, mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:
Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.
Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.
Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar