Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu il Həccə gedəcək şəhid ailələrinə güzəşt ediləcək

Baxılıb: 668     Tarix: 25-05-2023 14:29   

Bu il Həcc ziyarətinə gedəcək şəhid ailələrinə dövlət tərəfindən güzəştlər ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
"Bu il Həcc ziyarətinə gedəcək şəhid ailələrinə müəyyən güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlərin nədən ibarət olduğunu gələn həftə elan edəcəyik", - QMİ rəsmisi deyib.
Məlumat üçün bildirək ki, bu il Qurban bayramı 28-29 iyun tarixlərinə təsadüf edir. Rəsmi açıqlanmasa da, bu il Həcc ziyarətinə gedəcək şəxslərin siyahısının hazır olduğu deyilir.
Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il bəzi ziyarət qadağaları aradan qaldırılıb. Belə ki, yaşı 65-i keçən şəxslər də ziyarətə gedə bilərlər. Lakin zəvvarlardan COVID-19 pasportu tələb olunacaq.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking