Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ

Baxılıb: 560     Tarix: 26-05-2023 13:36   

"Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək".
Qanunvehedef.az xəbər verir ki, bunu report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var:
"Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar