Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Milli Məclisin bir sıra parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçilib

Baxılıb: 583     Tarix: 30-05-2023 12:16   
 Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilib.
Qanunvehedef.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Bundan başqa, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rufət Quliyev seçilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.


Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar