Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qanunsuz tikilən obyektlərin kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə qəbul olunub

Baxılıb: 515     Tarix: 30-05-2023 13:25   

Qanunsuz tikilən obyektlərin kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə qəbul olunub
Qanunsuz tikilən obyektlərin kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə qəbul olunub
Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə qəbul olunub.
Qanunvehedef.az-ın xəbərinə görə, bununla bağlı "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişiklik layihəsi şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə) qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.
Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Eyni məzmunlu dəyişikliklər "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara da təklif olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar