Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qurban bayramı ilə əlaqədar sərnişinlərə jest

Baxılıb: 501     Tarix: 07-06-2023 13:19   

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 26 iyun - Silahlı Qüvvələr Günü və 28-29 iyun Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edib.
Bu barədə Qanunvehedef.az-a ADY-dən bildirilib.
Məlumata görə, 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.
Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:20-də çatacaq.
Yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün 01 iyul 2023-cü il tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.
ADY bu il martın 18-dən ölkədə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda sürətli sərnişin qatarı həftənin şənbə və bazar günlərində hərəkət edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar