Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Cərimələr çox olduğundan maşının nömrəsini çıxarıb sürürlər”

Baxılıb: 599     Tarix: 13-06-2023 13:23   

I və II Qarabağ müharibəsi qazilərinə verilən avtomobillərdə olan cərimələrin silinməsi təklif edilir. 
Qanunvehedef.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov çıxış edib.
O bildirib ki, I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər: “İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn SMS-lərə ya fikir verməyiblər, ya da anlamayıblar.
Təbii ki, bütün bunlar heç kimi məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərinin nömrəsini çıxarıb idarə edirlər. Bu isə qayda pozuntusudur. Qazi və veteranların bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır.
Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə, hər biri ödəniləcək".

Əbdülqəni Hüseyinovшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar