Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Magistraturaya ixtisas seçimi başlayır

Baxılıb: 580     Tarix: 03-07-2023 15:51   

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.
DİM-dən Qanunvehedef.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib.
Bu nömrədə, həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.
Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında) 5 iyul 2023-cü il tarixindən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Qeyd edək ki, ixtisaslaşma seçimi iyulun 6-dan 13-dək DİM-in internet saytında aparılacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2