Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda 400 məktəbin direktoru yoxdur

Baxılıb: 673     Tarix: 05-07-2023 12:20   

“İndiyə qədər işə qəbul imtahanlarında işirak edən 10 minə yaxın namizəddən 2000-ə yaxını bu vəzifəyə təyin olunub”.
Qanunvehedef.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
E.Bağırov qeyd edib ki, iyulun 6-da şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı keçiriləcək:
“Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq”.
Şöbə müdiri əlavə edib ki, şagird sayı 500-dən az olan məktəblərə direktorlar təyinatı üçün namizədlərin test imtahanı mərhələsi artıq yekunlaşıb: “Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək. Hazırda Azərbaycanda 400 məktəbdə direktor vəzifəsi boşdur”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar