Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Direktor olmaq istəyənlər imtahan verir

Baxılıb: 616     Tarix: 06-07-2023 11:30   

İyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) xəbər verilib.
“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.
Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbuluna dair nümunə test tapşırıqları yerləşdirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar