Xəbər lenti
04/07/2024 [14:12]
Sabah 37° isti olacaq
Arxiv
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dünən Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub

Baxılıb: 326     Tarix: 10-07-2023 10:15   

İyulun 8-də Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 40, Naxçıvan Muxtar Respublikası və aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyədək isti olub. İyulun 9-da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 28-33 dərəcəyədək isti olacağı gözlənilir.
Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədova bildirib ki, iyulun 10-da ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək. Əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar